AZ

Dünya çempionu olan güləşçimiz FOTOLARI ilə gündəmdə

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İkiqat dünya çempionu, 10 qat Avropa çempionu, Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnik yeni fotoları ilə gündəm olub.

Ölkə.Az xəbər verir ki, 37 yaşı tamam olan idmançı xanım bu münasibətlə fotosessiya etdirib.

Mariya fotolarının şərh bölümündə öz ürək sözlərini yazıb:

"Ən dəyərli şeylərin hamısı içimizdədir. Yaş yalnız müdriklik qatır və xarici mənzərəni dəyişir. Salam, 37 yaşım".

Qeyd edək ki, M.Stadnik Azərbaycan üçün yarışan Ukrayna əsilli sərbəst güləşçidir. O, ikiqat dünya (2009, 2019) və on qat Avropa (2008, 2009, 2011, 2014, 2015, 2016, 2017, 2018, 2021, 2023) çempionudur. O, 2012 və 2016 Yay Olimpiya Oyunlarında gümüş, 2008 və 2020 Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
135
21
olke.az

10Mənbələr