AZ

Qırğızıstan MSK pozuntulara görə bir dairədə seçkilərin nəticələrini ləğv edib

BAKI, 3 dekabr. TELEQRAF

Qırğızıstanın Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 30-da keçirilən növbədənkənar parlament seçkiləri zamanı seçki dairələrindən birində səsvermənin nəticələrini etibarsız hesab edib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın seçki qurumu məlumat yayıb.

Məlumata görə, 13-cü dairədə səsvermənin nəticələri etibarsız sayılıb. MSK bu qərarı namizədlər və seçicilərin şikayətlərinə baxdıqdan sonra verib.

Tezliklə orada təkrar seçki təyin olunacaq. Bu dairədə qeydə alınmış 65 min seçici var, onlardan 30 mini (39,44 faiz) səs verib. Dairədən seçkilərdə iştirak etmiş namizədlər indi namizəd kimi iştirak etmək hüququna malik deyillər.

Seçilən
14
teleqraf.com

1Mənbələr