AZ

Cənubi Koreya və ABŞ birgə nüvə yanacağı müəssisəsi yaratmaq barədə razılığa gəliblər

Cənubi Koreya Prezidenti Li Jae Myung ABŞ Prezidenti Donald Trampla ölkədə işlənmiş nüvə yanacağının təkrar emalı və uranın zənginləşdirilməsi üzrə birgə müəssisə yaradılması barədə razılığa gəldiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə “The Chosun Daily” qəzeti məlumat yayıb.

Məlumata görə, Li Seulda keçirdiyi mətbuat konfransında Cənubi Koreyanın nüvə sahəsindəki planlarından danışıb. Prezident bildirib ki, Tramp iki ölkənin sərf olunmuş nüvə yanacağını təkrar emal və uranın zənginləşdirilməsi fəaliyyətlərini həyata keçirmək üçün 50/50 ortaq müəssisə yaradılmasını təklif edib.

Li Jae Myung həmçinin qeyd edib ki, müştərək müəssisə ilə bağlı danışıqlar yaxşı gedir və növbəti mərhələlər yaxın vaxtlarda başlayacaq. O, ABŞ ilə imzalanan razılaşmaya əsasən, Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən nəqliyyat vasitələri, o cümlədən sualtı qayıqlar inkişaf etdirə biləcəyini əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
89
missiya.az

1Mənbələr