AZ

Ermənistanda seçkilərin qaydaları dəyişilə bilər

Ajans.az xəbər verir ki,bu barədə ədliyyə naziri Srbuhi Qalyan yerli mediaya açıqlama verib. Nazirin sözlərinə görə, yeni sənəd baş nazirə etimadsızlıq səsverməsi və ya istefa prosedurlarına müraciət edilmədən parlamentin müəyyən sayda deputatın təşəbbüsü və müəyyən səs çoxluğu ilə özünü buraxa bilməsi üçün mexanizm yaradacaq. Qalyan dəqiq nisbətlərin hələ müəyyən edilmədiyini bildirib. Layihədə həmçinin parlament seçkilərinin nəticələrinə dair yeni qaydalar planlaşdırılır. Belə ki, seçkilərdə qalib gələn partiya təkbaşına və ya koalisiya şəklində parlament çoxluğu yarada bilmədiyi halda, bütün siyasi qüvvələrin iştirakı ilə təkrar seçkilər təyin ediləcək. Əgər təkrar seçkilərdən sonra da çoxluq formalaşmasa, mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi ikinci tur keçiriləcək. Srbuhi Qalyan əlavə edib ki, parlament komitələrinin səlahiyyətlərinin genişləndirilməsi də müzakirə olunur. Yeni təkliflərə əsasən, komitələrə icra hakimiyyəti orqanlarına vəzifəli şəxslərin təyin edilməsi ilə bağlı məsləhət xarakterli rəylər vermək hüququ verilə bilər. Baş nazir Nikol Paşinyan isə daha əvvəl bəyan etmişdi ki, Ermənistanda konstitusiya referendumu 2026-cı il parlament seçkiləri (7 iyun) başa çatdıqdan sonra keçirilməlidir.

 

Seçilən
7
Ajans.az

1Mənbələr