AZ

Pakistan Ermənistanda səfirlik açır


Ermənistan və Pakistanın diplomatik nümayəndələri Pakistanın Ermənistanda səfirliyinin açılması üzərində fəal işləyirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadla “NEWS.am” portalı məlumat yayıb.
Portalın məlumatına görə, səfirliyin gələn il açılması planlaşdırılır.
Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi də təkzib etməyib.
“Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalamaqla Ermənistan və Pakistan hökumətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və hamılıqla qəbul edilmiş beynəlxalq təcrübəyə uyğun olaraq qarşılıqlı əsasda diplomatik münasibətlərin qurulması üçün nümayəndələr mübadiləsi və bir-birinə lazımi köməklik göstərməyə razılaşıblar”, - Xarici İşlər Nazirliyi bildirib.
Seçilən
55
yeniavaz.com

1Mənbələr