AZ

"Sabah" 1/4 finalda

“Sabah” komandası Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

"Unikal" xəbər verir ki, Bakı klubu 1/8 finalda “İmişli” ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda daha bir top vuran paytaxt təmsilçisi növbəti mərhələyə yüksəlib.

Valdas Dambrauskasın komandası 1/4 finalda "Qəbələ" - "Şəfa" matçının qalibi ilə üz-üzə gələcək.

Günün ilk görüşündə “Şamaxı” doğma meydanda “Baku Sportinq”i 1:0 hesabı ilə məğlub edib. 1/4 finala vəsiqə qazanan Şamaxı təmsilçisi bu raundda "Qarabağ" - "Karvan-Yevlax" duelinin güclüsü ilə qarşılaşacaq. Bu görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.

Seçilən
25
7
unikal.az

10Mənbələr