Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi Uralda Azərbaycan diasporunun yeni lideri sayılan Vidadi Mustafayevi dələduzluqda (RF Cinayət Məcəlləsinin 159-cu maddəsi, 4-cü hissə) ittiham edərək istintaq təcridxanasına göndərib. Həbs qərarı istintaqın tələbi ilə çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Şıxlinskinin yerinə təyin olunan diaspor rəhbəri də Rusiyada SAXLANILDI
Məhkəmənin hökmünü hakim Yuliya Merkulova elan edib: Mustafayev 31 yanvar 2026-cı ilədək həbsdə qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ura.ru saytı yazıb.
Vidadi Mustafayev 1 dekabrda “İset” qülləsinin yaxınlığında yerləşən fitnes-klubdan çıxarkən saxlanılıb. İlkin məlumatlara görə, ona qarşı ifadəni həmyerlisi, dostu Navruz Sadatov verib.
Sadatov iddia edib ki, Mustafayev onu aldadaraq 16 milyon rublunu ələ keçirib. İstintaq həmçinin ikinci epizodun — torpaq sahələri ilə bağlı mümkün maxinasiyaların — araşdırıldığını bildirib. Hadisənin digər epizodlarla da genişlənə biləcəyi, Mustafayevin başqa cinayətlərdə də iştirakı ilə bağlı əməliyyat məlumatlarının olduğu qeyd edilib.
Vidadi Mustafayev ittihamları rədd edir və özünü böhtanın qurbanı hesab edir. Dostları da onun günahsız olduğuna inanır.
Mustafayevin məşhurluğu əvvəlki regional lider Şahin Şıxlinskini açıq şəkildə tənqid etdikdən sonra qazanmışdı. O iddia edirdi ki, Şıxlinski həmvətənlərin tərbiyəsi və inteqrasiyası ilə məşğul olmur və kriminal dairələrlə əlaqəsi var. Yay aylarında Şıxlinskiyə qarşı cinayət işi açıldı.
O, illər əvvəl bir həmyerlisini öldürməyə cəhddə ittiham olunur. Bundan əlavə, o və oğlu Mutvalı hüquq-mühafizə orqanı əməkdaşına zor tətbiq etməkdə ittiham edilərək məhkəmə qarşısına çıxarılacaqlar.
İstintaqa görə, onlar saxlanılarkən “Mercedes” avtomobili ilə xüsusi təyinatlı əməkdaşı vurublar.

Bizim.Media