AZ

Portuqaliya DÇ-2026 üçün ev formasını təqdim etdi - FOTO

BAKI, 3 dekabr. TELEQRAF

Portuqaliya milli komandası 2026-cı il dünya çempionatında çıxış edəcəyi yeni ev formasını təqdim edib.

Teleqraf xəbər verir ki, yeni formalar milli komandanın sosial şəbəkə hesablarında “Portuqaliyanın ruhu, okeanın gücü” şüarı ilə təqdim olunub.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin nəticələrinə əsasən Portuqaliya F qrupunda İrlandiya, Macarıstan və Ermənistanı qabaqlayaraq birinci yeri tutub. Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu dünya çempionatında komandanın ilk oyununda iştirak edə biləcək. O, qırmızı vərəqəyə görə aldığı cəzanın əsas hissəsini artıq başa vurub.

Seçilən
35
4
teleqraf.com

6Mənbələr