AZ

Boğaz ağrısı və öskürək artıb Səbəb virusdur?

ain.az, Metbuat portalına istinadən məlumat verir.

Son bir ayda insanlar arasında əsasən öskürək və boğaz ağrısı ilə müşahidə olunan xəstəlik geniş yayılıb. Bu vəziyyət hansısa virusun əlamətidir?

İnfeksionist həkim Vasif Əliyev Metbuat.az-a açıqlamasında son günlərdə uşaqlar və böyüklər arasında respirator infeksiyalarının sayında artım müşahidə olunduğunu təsdiqləyib.

Həkimin sözlərinə görə, bunun koronavirus, qrip, parainflyuenza, adenovirus və ya digər respirator viruslardan hansı olduğu bilinmir:

“Çünki bütün bu viruslar bənzər əlamətlərlə özünü göstərir. Hər hansı skrininq və ya test aparılmadan, yoluxanlar arasında hansı virusun daha çox üstünlük təşkil etdiyini müəyyənləşdirmək mümkün deyil. Azərbaycanda hazırda belə bir test aparılmadığı və rəsmi qurumlar tərəfindən məlumat verilmədiyi üçün dəqiq fikir söyləmək doğru olmaz. Sadalanan bütün viruslar boğaz ağrısı, temperatur, halsızlıq, öskürək, qarın ağrısı, diareya, ürəkbulanma və qusma kimi oxşar əlamətlərlə müşahidə oluna bilər. Dəqiq diaqnoz yalnız burundan yaxma üsulu ilə götürülən nümunədə virusun təyin edilməsi ilə qoyula bilər”.

V.Əliyev belə əlamətləri olan şəxslərin nə etməli olduğundan danışıb:

“Mütləq izolasiya olunmalı, ev şəraitində istirahət etməli və həkim nəzarətində müalicə almalıdırlar. Antibiotikdən özbaşına istifadə etmək olmaz. Yalnız həkim göstərişi ilə və ya xəstəlik ağırlaşdığı halda antibiotik başlanıla bilər. Zərurət yarandıqda xəstə hospitalizasiya oluna bilər. İlkin mərhələdə isə evdə istirahət, bol maye qəbulu və simptomatik müalicə kifayətdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
metbuat.az

2Mənbələr