AZ

Məktəblilər üçün bu qoruqlara giriş pulsuzdur

2025-ci ilin 9 ayında Şəkidəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunu 185 min 917 nəfər ziyarət edib.

Bu barədə Ölkə.az-a Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, qurduğu ziyarət edənlərin 71016 nəfəri yerli, 69675 xarici ölkə vətəndaşları olub.

Bundan əlavə olaraq 45 mindən artıq insan isə ödənişsiz qaydada ziyarət edib. Bunlar orta məktəb şagirdləri və xarici ölkə vətəndaşlarının 22 yaşınadək olan övladlarıdır.

Mərkəzdən o da bildirilib ki, məktəblilər üçün Dövlət Turizm Agentliyinin tərkibindəki qoruqlara giriş pulsuzdur.

Mürtəza

Seçilən
105
1
olke.az

2Mənbələr