Bundan sonra Qazaxıstanda niqab geyinənlər cərimə ödəyəcəklər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə qərar ölkə parlamentində qəbul edilib.
Məclis Qazaxıstanda üzü örtən və onun tanınmasına mane olan geyim (niqab) geyinməyə görə məsuliyyətin tətbiq olunduğunu elan etdi.
Birinci dəfə qanunu pozanlara qarşı xəbərdarlıq və 3932 tenge məbləğində cərimə tətbiq olunacaq. Əgər qanunun pozulması halları davamlı xarakter alarsa, bu zaman cərimələrin məbləği artacaq.
Cavid