AZ

Nailə Əhmədova: 60 yaşdan etibarən yaşlılıq dövrü başlayır

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Ümumdünya Səhiyyə Təşkilatının yaş təsnifatına əsasən, cavanlıq dövrü 44 yaşa qədər davam edir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bildirib.

O qeyd edib ki, 45–60 yaş arası orta yaş, 60 yaşdan etibarən isə yaşlılıq dövrü hesab olunur:

“60-74 yaş yaşlılıq və ya “ağıllılıq” dövrü, 75-89 yaş qocalıq dövrü, 90 yaş və yuxarı uzunömürlülük dövrü kimi müəyyən edilir. Bu təsnifat təsadüfi deyil və orqanizmdə yaşa uyğun baş verən dəyişikliklər nəzərə alınaraq hazırlanıb.

Yaş dövrlərinin bu şəkildə bölünməsi elmi əsaslara söykənir. Hər yaş kateqoriyası orqanizmdə gedən fizioloji dəyişikliklərə görə müəyyən edilib. Təsnifatın müəyyənləşdirilməsində bir sıra amaillər nəzərə alınıb”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
2
cebheinfo.az

3Mənbələr