AZ

Ermənistanda radikal seçki islahatları: koalisiya yoxdursa...

Ermənistanda konstitusiya islahatları çərçivəsində parlamentin özünü buraxması üçün yeni mexanizmin yaradılması və seçki sisteminin dəyişdirilməsi müzakirə olunur.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan danışıb.

Onun sözlərinə görə, Konstitusiya komissiyasının iclasları "aktiv şəkildə" davam edir və parlament səlahiyyətləri, seçki qaydası və digər əsas məsələlər gündəmdədir.

Qalyan qeyd edib ki, hazırda parlamentin özünü buraxması ilə bağlı hüquqi mexanizm mövcud deyil və hökumət bu alətin yaradılması üzərində işləyir.

Nazirin açıqlamasına görə, seçki modelində də dəyişikliklər təklif olunur. Yeni modelə görə, əgər seçkilərin nəticəsində bir siyasi qüvvə parlament çoxluğunu əldə etmirsə və koalisiya formalaşmırsa, ikinci tur keçirilmir - yenidən seçki təyin edilir. Əgər təkrar seçkidə də çoxluq formalaşmasa, yalnız bundan sonra ikinci tur tətbiq ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr