AZ

Özbəkistan Senatı ilə Macarıstan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalandı



Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Norboyevanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Budapeştə səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Kyover ilə görüşüb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, görüşlər tərəflər dostluq münasibətlərinin möhkəmləndiyini qeyd ediblər.

Görüşdə dostluq qruplarının fəaliyyətinin canlandırılması və parlament işçiləri üçün qısamüddətli təcrübə proqramlarının təşkili məsələləri müzakirə edilib.

Söhbət zamanı qanunvericilik prosesinin rəqəmsallaşdırılması və elektron parlament sisteminin inkişafı, elm, təhsil, su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də parlament fəaliyyəti ilə bağlı elmi tədqiqatların aparılması və informasiya mübadiləsinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Özbəkistan Respublikası Ali Məclisinin Senatı ilə Macarıstan Milli Assambleyası arasında da anlaşma memorandumu imzalanıb.

Sənəd iki ölkənin parlamentləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, qarşılıqlı etimad və faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlib.

Süleyman
Seçilən
147
1
newscenter.az

2Mənbələr