Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın təzyiqi səbəbindən bir yerdə yatmır və tez-tez telefon nömrələrini dəyişir.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
"Mənbələrin bildirdiyinə görə, Maduro tez-tez yataq otağını və mobil telefonlarını dəyişdirərək özünü potensial hədəf zərbəsindən və ya xüsusi təyinatlıların basqınından qorumağa çalışır. Bu ehtiyat tədbirləri sentyabr ayından etibarən gücləndirilib", - məlumatda qeyd olunub.
Qəzetin mənbələri bildirib ki, ABŞ-la Maduronun devrilməsi ilə bağlı aparılan danışıqlar zamanı Venesuela prezidentinin yaxın çevrəsində gərginlik və narahatlıq hökm sürüb.