Qazaxıstan Məclisi — parlamentin aşağı palatası — ictimai yerlərdə üzü tam bağlayan geyimlərin (niqab) istifadəsinə görə cərimə nəzərdə tutan yeni “Hüquq pozuntularının profilaktikası haqqında” qanunu qəbul edib.
Tribuna.az xəbər verir ki, bu barədə məlumat parlamentin Telegram kanalında yayılıb.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə üzün tanınmasına mane olan, üzü tam örtən geyimlərin ictimai yerlərdə istifadəsinə görə məsuliyyət müəyyən edilir. İlk dəfə qaydanı pozan şəxsə xəbərdarlıq, təkrar halda isə 10 AEK (77 dollardan çox) məbləğində cərimə tətbiq olunacaq.
İmran Kərimli