“Dövlət xidmətləri haqqında” qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində “Dövlət xidmətləri haqqında” qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi bafrədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Tarix: 3 Dekabr 2025, 17:43