AZ

Cənubi Koreya və ABŞ bu məsələdə razılığa gəldi

Cənubi Koreya və ABŞ istifadə olunmuş nüvə yanacağının təkrar emalı və uran zənginləşdirmə fəaliyyətləri üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Li Çje Myon bəyanat yayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təklif etdiyi yarı-yarıya tərəfdaşlıq modeli ilə bağlı danışıqlar uğurla başa çatıb.

Li, həmçinin ABŞ Ticarət Katibi Hovard Lutnikin növbəti mərhələlərin idarə olunması üçün tapşırıq verdiyini qeyd edib.

Seçilən
66
publika.az

1Mənbələr