Bakı. Trend:
Vaşinqtonda Milli Qvardiya üzvlərinin güllələnməsi ilə bağlıittiham olunan əfqan mənşəli miqrant barədə Taliban hökumətindənilk açıqlama gəlib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Talibanın xarici işlər naziri ƏmirXan Muttaki hadisənin nə Əfqanıstan xalqı, nə də hökuməti iləəlaqəsi olmadığını bildirib.
“Bu hadisənin Əfqanıstanın şərəfli xalqı və ya Əfqanıstanhökuməti ilə heç bir bağlılığı yoxdur. Bu, fərdi cinayət əməlidir”,- deyə o qeyd edib.
Xatırladaq ki, əfqan əsilli şübhəli – Rəhmanullah Lakanvalnoyabrın 26-da Vaşinqtonun mərkəzində, admiral Devid Farraqutunadını daşıyan meydanın yaxınlığında Milli Qvardiya hərbçilərinəatəş açıb.