ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Gürcüstan paytaxtının Yeni İl şüarı “Xeyirxahlıqla dolu şəhər” olacaq
“Bizim baxışlarımız fərqli ola bilər, o cümlədən siyasi, lakin bunların hamısı sivil olmalıdır”.
“Yeni il şüarı “Xeyirxahlıqla dolu şəhər” olacaq”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Tiflis meri Kaxa Kaladze bu gün hökumətin iclasında deyib.
Onun sözlərinə görə, əhali gərginlikdən, təhqirdən, söyüşdən, parçalanmadan bezib: “Yeni il şüarı “Xeyirxahlıqla dolu şəhər” olacaq. Yeni il arzumuz odur ki, gündəlik həyatımızda daha çox mehribanlıq, sevgi və hörmət hökm sürsün. Cəmiyyətin mühiti və vəziyyəti heç kimin xoşuna gəlmir. Əhali gərginlikdən, təhqirdən, söyüşdən, parçalanmadan bezib. Mən başa düşürəm ki, bizim baxışlarımız, o cümlədən siyasi baxışlarımız fərqli ola bilər, lakin bunların hamısı sivil olmalıdır və cəmiyyətdə gərginlik yaratmamalıdır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.