AZ

Yeni bahalaşma dalğası gəlir - Bu tarixdən...

Son illərdə həm qlobal bazarlarda, həm də ölkə daxilində baş verən iqtisadi dəyişikliklər qiymətlərə təsir edən əsas amillərdən birinə çevrilib. Xüsusilə də bayram ərəfələri, mövsümi tələbin artması və idxaldan asılılıq fonunda bəzi xidmət sahələrində və məhsullarda qiymət dəyişiklikləri daha tez hiss olunur.

Yeni ilin yaxınlaşması isə bu sualı daha da aktuallaşdırır: 2025-ci ildən hansı xidmət sektorlarında və məhsullarda qiymət artımı gözlənilə bilər?

“Yeni Sabah”a məsələ ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, xidmət sektorlarında qiymət artımı ilə bağlı dəqiq proqnoz vermək çətindir:

“Çünki bu sektorda bəzi sahələr hökumət tərəfindən xüsusilə Tarif Şurası vasitəsilə tənzimlənir. Lakin ərzaq məhsulları ilə bağlı təəssüf ki, qiymət artımı gözlənilir. Azərbaycanda hər il Yeni il ərəfəsində qiymətlərin daha sürətli yüksəlməsi müşahidə olunur və bu artım tempi adətən Novruz bayramına qədər davam edir”.

Onun sözlərinə görə, bayram dövrlərində tələbin yüksəlməsi və insanların alış ehtiyaclarının artması qiymətlərin bahalaşmasına səbəb olur:

“Buna görə də ərzaq məhsulları və gündəlik tələbat mallarının qiymətlərində gələn ildən, hətta ilin son günlərindən etibarən daha sürətli artımın olması təəssüf ki, gözlənilən haldır”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
131
1
yenisabah.az

2Mənbələr