AZ

4 dekabr tarixində Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Azərbaycana səfər edəcək

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

"4 dekabr tarixində Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edəcək"

Bu barədə Bizimyol.info xəbər portalına müsahibəsində Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millətvəkili Orhan Erdem bildirib.

Orhan Erdem / Foto: Orxan, Bizimyol.info

Millətvəkili qeyd edib ki, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2025-ci il dekabr ayının 5-də Bakıda keçiriləcək beynəlxalq konfransında iştirak edəcək: “Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, sədr müavini şəxsim, Iğdır millət vəkili Cantürk Alagöz və digər iki rəsmi sabah Azərbaycana səfər edəcəyik.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2025-ci il dekabr ayının 5-də Bakıda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans keçiriləcək.

Orxan, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr