AZ

Qazaxıstanda niqaba görə cərimə tətbiq olunur

Qazaxıstanda üzü tam örtən və şəxsin tanınmasına mane olan geyimlərdən (niqab) istifadəyə görə məsuliyyət tətbiq olunacaq.

Milli.Az xəbər veri ki, parlamentin məlumatına görə, ilk qayda pozuntusuna xəbərdarlıq, təkrar halına isə 10 MRP (2025-ci ildə 3932 tenge təxminən 13,5 manat) məbləğində cərimə nəzərdə tutulur.

Deputatlar həmçinin "Hüquq pozuntularının profilaktikası haqqında" qanun layihəsinin ikinci oxunuşunu da qəbul ediblər. Sənəd qanunsuz məzmunun yayılması və dövlət qurumlarının göstərişlərinə qəsdən əməl etməməyə görə əlavə cəzaları ehtiva edir. Profilaktika subyektlərinin siyahısı 13-dən 26-ya yüksəldilir. Bu siyahıya ailə dəstək mərkəzləri, mobil qruplar, qəyyumluq orqanları, KİV, gənclərlə iş qurumları və sahibkarlar da daxildir.

Layihədə fövqəladə hallar zamanı mülki müdafiə tədbirlərinə əməl etməyən dövlət məmurları və yerli icra orqanları üçün də yeni məsuliyyət mexanizmləri təqdim edilir. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qayda pozan şəxsləri saxlamaq səlahiyyətinə malik olacaq.

Asya
Milli.Az 

Seçilən
11
milli.az

1Mənbələr