AZ

Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğulubVİDEO

Bərdədə ruhi xəstə olan qızını su kanalından xilas etməyə çalışan ata dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, 44 yaşlı Sərəncam Kərimova özünü kəndin ərazisindən keçən su kanalına atıb.

Onun atası, 68 yaşlı Yasin Kərimov qızını xilas etmək üçün özünü suya atıb və boğulub.

Sakinlər Sərəncam Kərimovanı xilas edə biliblər. Yasin Kərimovun isə meyiti sudan çıxarılaraq təhvil verilib.

Yaxınlarının bildirdiklərinə görə, Yasin Kərimovun qızı Sərəncam Kərimovanın psixi problemləri olub. Dünyasını dəyişən Yasin Kərimov isə uzun müddət kənd orta məktəbində ibtidai sinif müəllimi işləyib.  

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr