AZ

Dombrovski: Ukraynaya maliyyə yardımı hissə hissə ödəniləcək

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Ukraynaya maliyyə dəstəyi ilə bağlı təklifləri yalnız Kiyev üçün deyil, həm də Aİ və onun üzv dövlətləri üçün faydalıdır, hüquqi cəhətdən əsaslandırılıb, tam şəkildə Aİ qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun gəlir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu komissar Valdis Dombrovskis Ukraynanın 2026–2027-ci illərdə maliyyə ehtiyaclarının ödənilməsi məsələsinə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynaya reparasiya krediti verilməsi təşəbbüsü Rusiya Mərkəzi Bankının tələblərini pozmur.

"Biz üzv dövlətləri həmrəylik naminə kreditin təminatı üçün zəmanət verməyə çağırırıq. Bu zəmanətlər Aİ-nin borclanmalarını tam şəkildə qorumağa və üzv dövlətlər arasında yükün ədalətli bölüşdürülməsini təmin etməyə imkan verir", – deyə Dombrovskis vurğulayıb və əlavə edib ki, Aİ-nin növbəti büdcəsi çərçivəsində bu zəmanətlər ehtiyat fonduna keçiriləcək.

Təkliflər həmçinin istər Aİ daxilində, istərsə də onun hüdudlarından kənarda Rusiyanın maraqlarına xidmət edə biləcək və ya onun tərəfindən dəstəklənən istənilən subyektin qarşısını almaq mexanizmlərini nəzərdə tutur.

Komissar qeyd edib ki, Avropa İttifaqı müharibə başa çatana və Ukraynaya vurulan zərər ödənilənə qədər Rusiya aktivlərinin dondurulmasını davam etdirməkdə israrlıdır. Bu mexanizm sanksiya rejimi ilə paralel şəkildə fəaliyyət göstərəcək.

Ukraynaya vəsaitlər 45 milyard avro həcmində hissə-hissə veriləcək. Təkliflər, həmçinin dondurulmuş aktivlərin ümumi 210 milyard avroluq məbləğindən 45 milyardını mövcud kreditlərin ödənilməsinə yönəldilməsini nəzərdə tutur ki, bu da Kiyevin borc yükünün artmasının qarşısını alacaq.

Dombrovskis vurğulayıb ki, Ukrayna yalnız əsas ilkin şərtləri yerinə yetirdiyi halda vəsait ala biləcək./report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
bakivaxti.az

3Mənbələr