AZ

İsrail Parlamenti Trampın Qaza planının qəbuluna səs verdi

İsrail Parlamenti ABŞ prezidenti Donald Trampın Qaza üzrə 20 bənddən ibarət “Münaqişənin dayandırılması üzrə Kompleks Planı”nı ilk oxunuşda qəbul edib. Sənəd 39 “lehinə”, 0 “əleyhinə” səslə təsdiqlənib.

KONKRET.az xəbər verir ki, İsrail mediasının yazdığına görə, səsvermədə koalisiya deputatları – o cümlədən Baş nazir Benyamin Netanyahu – demək olar ki, iştirak etməyib. Bu isə müxalifət tərəfindən təqdim olunan qətnamənin koalisiya tərəfindən açıq şəkildə boykot edildiyini göstərir.

Knessetdə çıxış edən müxalifət lideri Yair Lapid təşəbbüsün müəllifi kimi Netanyahunun iclasa qatılmamasından “təəccübləndiyini və məyus olduğunu” bildirib:

“Bu, prezident Trampa, dünyaya və özümüzə vahid məqsəd ətrafında birləşdiyimizi göstərmək üçün ilk imkan idi. Netanyahu səsverməni boykot etməyi seçdi. Bu, utancvericidir”, – deyə Lapid vurğulayıb.

Koalisiyanın səsverməni boykot edəcəyi gözlənilirdi, çünki planda hazırkı hökumətin qəti şəkildə əleyhinə olduğu Fələstin dövlətçiliyinə dair müddəalar yer alır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr