AZ

İsmət Baxışov: Ölkə üzrə yanğınlar rəqəmsallaşdırılır və dəyən zərər müxtəlif istiqamətdə xəritələşdirilir

Bakı, 3 dekabr, G.Mahmudlu, N.Həsənova, AZƏRTAC

Artıq 5-ci ilə keçir ki, ölkə üzrə illik iqlim hesabatını hazırlayırıq. Həmin iqlim hesabatlarında bir çox istiqamətlərdə 20-dən artıq layihə icra olunur. Xəritələr hazırlanaraq veb-platforma üzərindən hər kəsə açıq olaraq yayımlanır. Burada qar örtüyü və buzlaqların monitorinqi, su ehtiyatlarının, ölkə üzrə bütün su anbarlarının səviyyə dəyişmələrinə dair informasiyalar mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin CİS mərkəzinin direktoru İsmət Baxışov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclasında çıxışı zamanı deyib.

Xəzər dənizi üzrə ayrıca fəaliyyət istiqamətinin mövcud olduğunu bildirən İ.Baxışov bildirib: "Xəzər dənizinin səviyyə dəyişməsi, su səthinin temperaturu və fitoplanktonların dəniz üzərində paylanması və onların sıxlığına dair monitorinqlər aparılır. Bütün bunlar müxtəlif sensor peyk təsvirləri əsasında icra olunur.

Ölkə üzrə hər ay iki dəfə olmaqla quraqlığın dərəcəsi monitorinq olunur. Bu da illik əsaslarla ilin sonunda ölkədə quraqlıq riskini təyin etməyə imkan verir. Meşələrin bir çox istiqamətlərdə monitorinqini aparıb izləyə bilirik. Əlavə olaraq da təbiət yanğınları mütəmadi monitorinq olunaraq rəqəmsallaşdırılır və dəyən zərər müxtəlif istiqamətdə xəritələşdirilir. Ölkə üzərində metan qazının paylanması sıxlığını, temperatur və yağıntı anomaliyalarını da xəritələşdiririk".

 

Seçilən
101
azertag.az

1Mənbələr