Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Əvvəlki Ermənistan hakimiyyətinin fəaliyyətinin müzakirəsini dayandırmaq lazımdır.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Milli Məclisin iclasında parlament üzvlərinin suallarını cavablandırarkən bildirib.
“Mən həqiqətən inanıram ki, əvvəlki hakimiyyət haqqında danışmağı dayandırmalıyıq, çünki danışılacaq bir şey yoxdur. Daha nə deməmişik? Dərc etdiyimiz Qarabağ paketi göstərir ki, danışılacaq bir şey yoxdur”, – deyə Paşinyan qeyd edib.
Lakin onun sözlərinə görə, hökumət vaxtaşırı təxribatlara uyur.
“Biz gəlib saatlarla danışırıq: Robert Koçaryan, Serj Sarkisyan… Məncə, onlar artıq rəqib deyillər. Onlar uzun müddətdir bizim rəqiblərimiz olmayıblar”, – deyə erməni baş nazir vurğulayıb.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.