AZ

Emmanuel Makron Rəcəb Tayyib Ərdoğana zəng vurub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Türkiyə Rabitə İdarəsinin məlumatına görə, söhbət Paris tərəfinin təşəbbüsü ilə baş tutub.
İki lider Ankara ilə Paris arasındakı münasibətləri, Ukrayna münaqişəsinin həllini, Cənubi Qafqaz və Qəzzadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan fransalı həmkarına Ankaranın

Ukraynadakı vəziyyəti normallaşdırmaq səyləri barədə məlumat verib və Türkiyənin İstanbul danışıqlar formatını bərpa etməyə hazır olduğunu qeyd edib. Türkiyə lideri həmçinin Ankara ilə Paris arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
editor.az

1Mənbələr