AZ

Moskva və Kiyev sülh razılaşmasına xeyli yaxınlaşıblar – ABŞ Dövlət Katibi Marko Rubio

ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, Moskva və Kiyev hazırda son üç ildə sülh razılaşmasına xeyli yaxınlaşıblar: “Düşünürəm ki, müəyyən irəliləyişlər əldə etmişik.

Yaxınıq, amma hələ tam orada deyilik. Hələ də kifayət qədər yaxın deyilik, amma bu dəyişə bilər.” – Marko Rubio deyib.
“Fox News”a verdiyi müsahibədə o, Tramp administrasiyasının 10 aydır ki, Vaşinqtonun “hər iki tərəfin yaşaya biləcəyi” təkliflər axtardığını xatırladıb.

Rubio qeyd edib ki, son addımlar ən çətin olacaq, baxmayaraq ki, razılaşma “tezliklə” əldə edilməlidir. O, həmçinin bildirib ki, Rusiya və Ukrayna hazırda Donetsk bölgəsinin 20%-dən çox hissəsi üzərində mübahisə edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
89
editor.az

1Mənbələr