Çinin Quansi əyalətindən olan 95 yaşlı Li Hyufeng tabuta qoyulduqdan altı gün sonra “dirilib“.
AzPost bildirir ki, bu barədə “The Mirror” qəzeti məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, qonşusu yaşlı çinli qadını huşsuz vəziyyətdə tapıb. Kişi özünə gələ bilmədiyi üçün onun öldüyünü güman edib.
Yerli adətə görə, qohumları ilə vidalaşmaq üçün meyit bir neçə gün tabuta qoyulub. Lakin dəfn mərasimindən bir gün əvvəl qonşu tabutun boş olduğunu aşkar edib. Li Xiufeng tezliklə mətbəxdə yemək bişirərkən tapılıb. O, şiddətli aclıq hissinə görə oyandığını və tabutun qapağını özü aça bildiyini deyib.
Məlum olub ki, çinli qadın nəfəs almağın demək olar ki, hiss olunmadığı “anabioz”-bədən orqanlarının minimal funksiallığı formasını yaşayıb.