AZ

Malayziya MH370 reysinin axtarışını bərpa edir


Malayziya Hava Yollarının itmiş MH370 reysi ilə bağlı axtarışlar dekabrın sonunda bərpa olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü Malayziyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, 239 nəfəri daşıyan “Boeing 777” 2014-cü il martın 8-də Kuala Lumpurdan Pekinə gedərkən radarlardan itərək aviasiyanın ən böyük sirrlərindən birinə çevrilib.
Aviasiya tarixində ən böyük axtarışa baxmayaraq, təyyarə tapılmayıb.
Nazirliyin açıqlamasında deyilir ki, “Ocean Infinity” dəniz tədqiqat şirkəti axtarışı təyyarəni aşkar etmək ehtimalının ən yüksək olduğu qiymətləndirilən seçilmiş ərazidə aparacaq.
Qeyd edək ki, Böyük Britaniya və ABŞ-də yerləşən “Ocean Infinity”, bu il yeni axtarışa başlamazdan əvvəl 2018-ci ildə uğursuz axtarış aparıb. 
Seçilən
33
yeniavaz.com

1Mənbələr