AZ

ABL: “Ordu” “Sərhədçi”yə qalib gəldi – ARENA.AZ

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyunu “Sərhədçi” İdman Mərkəzində keçirilib. Burada “Sərhədçi” “Ordu” ilə qarşılaşıb. B qrupunun görüşündə “Ordu” 100:64 hesablı qələbəyə sevinib.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

A qrupu: Sabah – 14. Abşeron Lions – 13. Gəncə – 8. Şəki – 8. Neftçi – 7. NTD – 7.

B qrupu: Ordu – 16. Naxçıvan – 12. Lənkəran – 10. Sərhədçi – 10. Sumqayıt – 9. Quba – 9.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Seçilən
8
21
arena.az

10Mənbələr