AZ

Flora Kərimova Eltona elə sözlər dedi ki... - "Mənim tör-töküntülərimlə sənətkar olub..."

Əməkdar artist Elton Hüseynəliyev iştirak etdiyi televiziya verilişində Xalq artisti Flora Kərimova barədə səsləndirdiyi fikirlərlə gündəm yaradıb. Musavat.com xəbər verir ki, E.Hüseynəliyev Flora Kərimovanın yaradıcılığına toxunaraq onun 500 ifasından yalnız 100-nü “yağ-bal”, yerdə qalan 400-nü isə təkrar olduğunu iddia edib.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və Xalq artistinin reaksiyası gecikməyib.

F. Kərimova öz sosial şəbəkə hesabında Elton Hüseynəliyevin fikirlərinə cavab olaraq həm sərt, həm də müdrik bir açıqlama paylaşıb. Xalq artisti bildirib ki, düşünərək danışmaq gözəldir, çünki səsləndirilən fikrə görə üzr istəməyə ehtiyac qalmır:

“Vicdanınız sızlamadan, insanın duyğularını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki, edirsiniz və edəcəksiniz də”.

Flora xanım əlavə edib ki, onun sənətini müzakirə etmək üçün əvvəlcə həmin səviyyəyə çatmaq lazımdır:

“Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. SƏNƏTimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim, Elton, o ‘100 qaymaq mahnım’ yox, qızıl fonda düşmüş 400 ‘dəxlisiz’ dediyiniz ifalarımın birinin səviyyəsində tək sən yox, elə ustadların da daxil oxuya bilsəniz, onda haqqınız çatar!”.

Xalq artisti Elton Hüseynəliyevin gec-tez bu sözlərini izah etmək və ya üzr istəmək məcburiyyətində qalacağını da vurğulayıb:

“Elton, ‘elə demək istəməmişdim’ deyəcəksiz, mənəvi gücünüz çatacaqsa üzr də istəyəcəksiz – ya da heç istəməyəcəksiniz".

Bununla yanaşı, Flora Kərimova onunla şəxsi münasibətində səmimiyyəti qoruduğunu bildirib:

“Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə oğlum deyib qucaqlayacağam”.

Sənətkar paylaşımının sonunda Elton Hüseynəliyevə həyat təcrübəsinin əhəmiyyətini xatırladıb:

“Allah qismət etsin, bir gün gəlib elə bir həddə çatasınız ki, kimsə ümidlə qapınızı döyər...Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız.

Onda ayıq başla tək məni deyil, həyatı da başa düşəcəksiniz”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
38
1
musavat.com

2Mənbələr