AZ

Tarixdə ilk SMS in göndərilməsindən 33 il ötür

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünya tarixindəki ilk SMS mesajının göndərilməsindən düz 33 il ötür.

Moderator.az xəbər verir ki, ilk SMS 3 dekabr 1992-ci ildə britaniyalı mühəndis Nil Papuort tərəfindən göndərilib.

Qeyd edək ki, "Vodafone" şirkətinin əməkdaşına ünvanlanmış mesajda "Milad bayramınız mübarək!" yazılmışdı. N.Papuort ilk SMS-i kompüter vasitəsilə yollamış, mesajı alan Riçard Carvis adlı əməkdaş isə telefonda mesaj yollamaq funksiyası olmadığı üçün cavab yazmamışdı.

Xatırladaq ki, SMS abreviaturasının açılışı ingiliscə "Short Message Service", yəni Qısa Mesajlar Xidmətidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
moderator.az

2Mənbələr