AZ

Ərdoğan və Finlandiya Prezidenti Stubb telefon danışığı aparıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, Prezident Administrasiyasının məlumatına görə, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal prosesləri müzakirə ediblər.

Ərdoğan bildirib ki, Ankara Türkiyə-Finlandiya ticarət dövriyyəsinin genişləndirilməsində israrlıdır və siyasi-iqtisadi əlaqələrin inkişafını prioritet hesab edir. O, həmçinin Türkiyənin Ukrayna və Rusiya arasında sülh prosesinin uğurla başa çatdırılması üçün səyləri davam etdirdiyini vurğulayıb və İstanbul danışıqlarının özünü təsdiqləmiş diplomatik platforma olduğunu xatırladıb.

Prezident qeyd edib ki, Ankara Qəzza ilə bağlı atəşkəsin qorunmasına diqqətlə nəzarət edir və bölgədə davamlı sülhün yalnız iki dövlət əsasında mümkün olduğunu düşünür. Ərdoğan Finlandiyanın Fələstin Dövlətini tanımasının “çox əhəmiyyətli” addım olacağını da qeyd edib.

Dövlət başçısı söhbət zamanı Finlandiya xalqını 6 dekabr Müstəqillik Günü münasibətilə təbrik edib.

Seçilən
18
turkic.world

1Mənbələr