AZ

Gəncədə QƏZA: Moped sürücüsü xəsarət aldı

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil mopedlə toqquşub.

Qəza zamanı mopedin sürücüsü, 2005-ci il təvəllüdlü Ə.Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
17
bizim.media

1Mənbələr