AZ

“Almaniya Kiyevə uzunmüddətli dəstək göstərməyə qadirdir” –XİN başçısı

“Biz qətiyyətlə Ukraynanın tərəfində dayanırıq“.

AzPost bildirir ki, bu sözləri Almaniya Xarici İşlər Naziri Yohann Vadeful öz çıxışında deyib.

Nazir vurğulayıb ki, Almaniya Kiyevə uzunmüddətli dəstək göstərməyə qadirdir. “Bu, dondurulmuş Rusiya aktivlərinin istifadəsini təmin etmək üçün Avropa səviyyəsində davamlı səylərimizlə nümayiş olunur.  Almaniya Polşa, Norveç və Niderlanddan olan dostlarımızla birlikdə Ukraynaya əlavə hərbi dəstək paketləri təqdim edə biləcəyimizdən çox qürur duyuruq. Biz güclü və effektiv NATO-da bir yerdəyik”.

 

AzPost.az

Seçilən
12
azpost.info

1Mənbələr