AZ

Polşada dəmir yolunun partladılması cavabsız qalmayacaq - NATO Baş katibi

NATO-nun Baş katibi Mark Rütte Polşada dəmir yolu xəttinin partladılması ilə bağlı kəskin açıqlama verib.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, o, alyansın buna cavabsız qalmayacağını bildirib.

Rüttenin sözlərinə görə, NATO ölkələri Rusiyada dəmir yolu xətlərini partlatmaq kimi addımlar atmayacaq:

"Amma biz elə edəcəyik ki, belə hərəkətlərin nəticələrini hiss edəsiniz. Çünki bu, son dərəcə məsuliyyətsiz və tamamilə qəbuledilməzdir."

Qeyd edək ki, ötən ay Polşadan Ukraynaya uzanan dəmiryolu xəttində partlayış baş verib. Polşa hadisəni təxribat adlandırıb və məsələdə Rusiya kəşfiyyatını ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr