AZ

Məmurlar şokda: Paşinyan dövlət qulluqçularına elə bir şey təklif etdi ki...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan dövlət qulluqçularının əməkhaqqının onların fəaliyyət nəticələrindən asılı olmasını təklif edib.

Globalinfo.az bildirir ki, bu barədə o, parlamentdə “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Xaçatur Sukiassyana cavabında deyib.

Paşinyanın sözlərinə görə, bu model yalnız daha səmərəli işə təşviq üçün deyil, həm də icra olunan dövlət proqramlarının həcminin əhəmiyyətli dərəcədə artması fonunda vacibdir. O qeyd edib ki, proqramların monitorinqi üçün hazırda kifayət qədər insan resursu yoxdur və bu məsələlər yaxın vaxtlarda hökumət iclaslarında müzakirəyə çıxarılacaq.

Ermənistan Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin iyul ayında dövlət idarəçiliyi və sosial müdafiə sahəsində orta əməkhaqqı 462,6 min dram (təxminən 1 200 dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır. Bu azalma əsasən mükafatların ixtisarı ilə əlaqələndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
globalinfo.az

1Mənbələr