Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 5-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş matçda “Neftçi” “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib.
Abşeron Olimpiya İdman Kompleksində isə “Ordu” “Gənclər” komandasını oxşar hesabla üstələyib.
Günün sonuncu qarşılaşması Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşıb. Burada “Xilasedici” “Murov”la oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Bu gün həm də qadın voleybolçuların çempionatında 5-ci turun bir oyunu keçirilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş görüşdə “DH Volley” və “Gənclər” komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən “DH Volley” növbəti xallarını qazanıb.
Yüksək Liqa
5-ci tur
3 dekabr
Kişilər
“Gənclər” – “Ordu” 1:3 (25:23, 16:25, 19:25, 21:25)
Abşeron Olimpiya İdman Kompleksi.
“Xilasedici” – “Murov” 3:1 (25:21, 23:25, 25:20, 25:23)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
“Azərreyl” – “Neftçi” 1:3 (18:25, 25:20, 17:25, 25:27)
Azərbaycan Voleybol Federasiyasının idman zalı
Qadınlar
“DH Volley” – “Gənclər” 3:0 (25:10, 25:9, 25:12)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.
