“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin xidməti minik avtomobilinin satın alınması üzrə açıq tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 100 100,00 AZN təşkil edirdi. Ləğv edilmə səbəbi isə iştirakçıların sayının yetərli olmaması – tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların üçdən az olmasıdır (36.1.1).
Rəsmi açıqlamada bildirilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən açıq tender ləğv edilir.