İkiqat dünya çempionu, 10 qat Avropa çempionu, Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnik yeni görüntüləri gündəm olub.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, 37 yaşı tamam olan idmançı xanım bu münasibətlə fotosessiya etdirib.
Yeni fotolarını izləyiciləri ilə bölüşən Mariya paylaşımına bu qeydi yazıb:
“Ən dəyərli şeylərin hamısı içimizdədir. Yaş yalnız müdriklik qatır və xarici mənzərəni dəyişir. Salam, 37 yaşım var”


