AZ

Tovuzda zəncirvari qəza baş verib

Tovuz, 3 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda zəncirvari qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində işıqforda qeydə alınıb. İki VAZ və “Mercedes” markalı avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində bir nəfər xəsarət alıb. Ona ambulator tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
5
azertag.az

6Mənbələr