AZ

Türk qəhvəsindən dərhal sonra qazlı su içmək: Zərərlidir, yoxsa faydalı?

Mütəxəssislər xəbərdarlıq edirlər ki, türk qəhvəsindən dərhal sonra qazlı içki içmək həzmə kömək etmir, əksinə mədə turşusunu artıraraq narahatlıq yarada bilər.

E-saglam.az xəbər verir ki, qəhvədəki kofein turşuluğu yüksəldir, qazlı içkidəki karbonat isə mədədə təzyiqi artırır. Bu birləşmə bəzi insanlarda şişkinlik, ürək yanması və reflüks kimi şikayətlərə səbəb ola bilər.

Diyetoloqlar “həzmi artırır” fikrinin doğru olmadığını bildirir və xüsusilə reflüks, qastrit, şişkinlik yaşayanların və qıcıqlanmış bağırsaq sindromu olanların bu kombinasiyadan uzaq durmasını tövsiyə edirlər.

Mütəxəssislər qəhvədən sonra qazlı içki içmək istəyənlərə ən azı 20-30 dəqiqə gözləməyi, içkini yavaş qəbul etməyi və həssas mədəsi olanların bu içkiləri ayrı vaxtlarda istifadə etməsini məsləhət görürlər. Alternativ olaraq qəhvədən sonra ilıq su içmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
20
e-saglam.az

1Mənbələr