AZ

Bakıda restoranda yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8-ci mikrorayon, F.Bayramov küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb.

Restoran yanğından mühafizə olunub.

Seçilən
48
18
teleqraf.com

10Mənbələr