Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Xətai rayonu, 8-ci mikrorayon, F.Bayramov küçəsindərestoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranda başvermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdəsöndürülüb.
Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı,ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərrikiyanıb.
Restoran yanğından mühafizə olunub.