“Qarabağ” qış “transfer pəncərəsi” çərçivəsində Nəriman Axundzadə ilə yollarını ayıra bilər.
“Football-plus.az”ın məlumatına görə, bu ilin martında gənc hücumçunu heyətinə qatmaq istəyən “Molde” yenidən hərəkətə keçib. Norveç təmsilçisi futbolçu üçün 2 milyon avro ödəmək niyyətindədi.
İş ondadı ki, “köhlən atlar” Nəriman üçün qarşı tərəfdən 2,5 milyon avro tələb edir. “Qarabağ” bu qiymətdə güzəşt edilməyəcəyini hələ iki ay əvvəl menecerlerə çatdırıb.
Qeyd edək ki, Nərimanın “Qarabağ”la müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 2 milyon avrodu.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta