AZ

Həmin uçuş zamanı sənə əl yelləyirdim Putin

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin 2018-ci ildə arzusunu yerinə yetirdiyi Artem Palyanovla “Rusiya” Milli Mərkəzində yerləşən “Arzu ağacı” layihəsi çərçivəsində yenidən görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Gənc Putinlə söhbətində xatırladıb ki, məhz onun sayəsində helikopterdə uçmaq imkanı əldə edib və Sankt-Peterburqu göydən izləyib. Putin də gülümsəyərək həmin uçuş zamanı ona əl yellədiyini deyib. Palyanov isə həmin anları çox yaxşı xatırladığını bildirib.

“Uçurdum və nə baş verdiyini anlamaqda çətinlik çəkirdim, bunun real olduğuna inanmırdım”, – deyə Artem həmin günlə bağlı xatirələrini bölüşüb.

Palyanov hazırda RANEPA-nın üçüncü kurs tələbəsi olduğunu, müxtəlif layihələr üzərində çalışdığını söyləyib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
globalinfo.az

1Mənbələr