AZ

SOCAR-da “Vətəndaş Cəmiyyəti ilə İşin Təşkili” mövzusunda görüş keçirildi - FOTOLAR

Son zamanlar, SOCAR-ın Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, QHT-lərlə müxtəlif tədbirlərin, görüşlərin keçirilməsi çox müsbət haldır. Bu ilin 24 oktyabrında SOCAR-ın və Azərbaycan Respublikasının Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələri iştirak ilə Karbamid zavoduna səfər təşkil olunması və səfər zamanı Karbamid zavodun istehsal prosesi, fəaliyyəti və  ekoloji təhlükəsizlik standartları haqda iştirakçılara məlumat verilməklə daha sonra zavodun ərazisində ağacəkmə aksiyası baş tutmuşdur.

Bu səpgidə aparılan məqsədyönlü tədbirlərin təşkilatçısı və tərəfdaşı olan SOCAR-ın Sosial məsuliyyət Departamentinin fəaliyyəti olduqca qənaət bəxşdir.

Bu günlərdədə, ( 01.12.2025) SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili” mövzusunda tədbir keçirilib.

Tədbirdə müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

İlk olaraq QHT nümayəndələri “Heydər Əliyev və neft strategiyası” və “Azərbaycan nefti” adlı sərgilərlə tanış olublar. Ziyarətçilərə sərgidə nümayiş etdirilən fotoşəkillər, arxiv materialları və sənədlər haqqında ətraflı məlumat verilib. Sərgi ekspozisiyasında Azərbaycanın neft-qaz sənayesinin inkişaf mərhələləri, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətləri və bu siyasətin ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer alıb.
Tədbir çərçivəsində SOCAR ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, ictimai nəzarət, şəffaflıq və sosial layihələrdə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. QHT nümayəndələri Dövlət Neft Şirkətinin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib, gələcək əməkdaşlıq vacibliyini vurğulayıblar.

Sonda tərəflər qarşılıqlı dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, vətəndaş cəmiyyətinin inkişafına dəstək verən bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.

 

Nəsimi Qarabağlı Novruz oğlu Həsənov
QHT rəhbəri

Seçilən
35
qht.az

1Mənbələr